IMG-LOGO

Bakıda "Yaşıl Turizm" mövzusunda beynəlxalq konfrans keçiriləcək

04 Feb 2026 17:43 2 baxış
IMG

Bu ilin iyun ayında Bakıda "Yaşıl Turizm" adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında "Dairəvi Yaşıl Turizm" layihəsinin başlanması üçün onlayn açılış tədbiri təşkil edilib. Tədbir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (Conference on Interaction and Confidence-Building Measures in Asia - CICA) forumunun əhatə etdiyi regionda davamlı, resursa qənaət edən və ekoloji cəhətdən məsuliyyətli turizmi təşviq edir. İyunda layihənin yekun mərhələsi kimi, nəticələrin təqdimatı, ən yaxşı təcrübələrin paylaşılması və bu prioritet sahədə gələcək əməkdaşlıq üçün tövsiyələrin hazırlanması planlaşdırılır. Odur ki, "CİCA ölkələrində Dairəvi Yaşıl Turizm üzrə Beynəlxalq Konfrans"ın keçirilməsi qərarlaşdırılıb.

Xatırladaq ki, CICA Asiyada sülh, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək məqsədilə yaradılmış beynəlxalq forumdur. Azərbaycan 2024–2026-cı illər üçün bu təşkilata sədrlik edir, koordinasiya və strateji prioritetlərə rəhbərlik funksiyalarını yerinə yetirir.

Xəbər lenti