Yanvarın 28-də fransalı və almaniyalı həmkarlarının etirazlarına qoşularaq Belçikada dörd böyük magistral yolu bağlayan fermerlər fevralın 1-də Brüsselə girişləri bağlamaqla hədələyirlər.
“Report” xəbər verir ki, bu barədə “Derniere Heure” qəzetinə nümayişlərin əsas təşkilatçısına çevrilmiş Belçika Gənc Fermerlər Federasiyasının nümayəndəsi məlumat verib.
“Tələblərimiz eşidilməzsə, Brüsselə girişi əngəlləyəcəyik. Bu artıq fevralın 1-də mümkündür”, – o vurğulayıb.
Bizim Telegram kanalımıza abunə olun