IMG-LOGO

Tokayev Pakistanın Baş nazirini ölkəsinə dövlət səfərinə dəvət edib

04 Feb 2026 16:20 2 baxış
IMG

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistanın Baş naziri Şahbaz Şərifi bu il Qazaxıstana dövlət səfərinə dəvət edib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Kasım-Jomart Tokayev Pakistanın Baş nazirini Qazaxıstana dövlət səfərinə dəvət edib, əldə olunmuş razılaşmaların icrasına yekun vurmaq və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə növbəti addımları müəyyən etmək üçün dəyərli qonağı cari ildə qəbul etməyə hazır olduğunu bildirib", - məlumatda deylib.

Qeyd edək ki, Tokayev və Şərif bu gün İslamabadda danışıqlar aparıblar.

Xəbər lenti