IMG-LOGO

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

04 Feb 2026 16:41 2 baxış
IMG

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 106 manatdır.

İddiaçılar təkliflərini fevralın 19-na qədər Xidmətin yerləşdiyi Zəngilan şəhərindəki ofisə təqdim edə bilərlər.

Təkliflərə fevralın 19-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Grovv Audit and Consulting" MMC olub. Şirkətə 23 600 manat ödənilib.

Xəbər lenti