IMG-LOGO

"Merkuri" BOKT 1,1 milyon manatlıq istiqraz buraxır

04 Feb 2026 15:31 2 baxış
IMG

"Merkuri" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 1,1 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 50 manat olan 22 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 17 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.

Xəbər lenti