IMG-LOGO

Azərbaycan XİN-də Slovakiya ilə ikitərəfli əməkdaşlığın inkişafı müzakirə edilib

04 Feb 2026 15:40 2 baxış
IMG

Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov və Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbov ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə səfir "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbovla görüşməkdən məmnun oldum. Müzakirələr ikitərəfli əməkdaşlığın gələcək inkişafına həsr olunmuşdu", - diplomat yazıb.

Xəbər lenti