IMG-LOGO

ABŞ müdafiə naziri müalicədən sonra yenidən işinə qayıdıb

29.01.2024 20:05 64 baxış
IMG

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqonda işinə qayıdıb.

“Report” xəbər verir ki, Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.

“Müdafiə naziri Lloyd Ostin bu gün Pentaqona qayıdıb. Nazir yanvarın 15-də Uolter Rid Milli Tibb Mərkəzindən buraxıldıqdan sonra öz vəzifələrini evdən yerinə yetirirdi”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, L.Ostin yanvarın 1-i axşam saatlarında Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilib. Yanvarın 2-də onun bəzi səlahiyyətləri müavini Ketlin Hiksə verilib. Tibb mərkəzinin yanvarın 9-da dərc olunmuş bəyanatında deyilirdi ki, mütəxəssislər ona 2023-cü ilin dekabrında prostat vəzi xərçəngi diaqnozu qoyub, yanvarın 1-də isə ağırlaşmalarla əlaqədar nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti