IMG-LOGO

Özbəkistan və Azərbaycan Biznesmenlər Şurasının yaradılması üzərində işləyir - EKSKLÜZİV

04 Feb 2026 13:18 3 baxış
IMG

Özbəkistan və Azərbaycan iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına və məsələlərin operativ həllinə imkan verəcək Biznesmenlər Şurasının yaradılması üzərində iş aparır.

Bu barədə "Report"a açıqlamasında Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov bildirib.

"Biz artıq Biznesmenlər Şurasının - Azərbaycan və Özbəkistan sahibkarları arasında birbaşa qarşılıqlı fəaliyyəti təmin edəcək bir növ İşgüzar Şuranın yaradılması üzərində işləyirik. Onlar arasında daimi əlaqənin olması və yaranan məsələlərin operativ şəkildə həll edilməsi vacibdir", - diplomat qeyd edib.

B.Əşrəfxanovun sözlərinə görə, artıq bütün səviyyələrdə - Ali Dövlətlərarası Şura, hökumətlərarası komissiya və müvafiq strukturlar vasitəsilə sistemli iş qurulub. O əlavə edib ki, gələcəkdə İşgüzar Şura ticarət-sənaye palataları və sahibkarlar assosiasiyaları xətti ilə işə salınacaq. Bu, maneələrin aradan qaldırılması, məsələlərin operativ həlli və yeni birgə layihələrin təşviqi üçün daimi fəaliyyət göstərən mexanizmlər yaratmağa imkan verəcək.

Səfir, həmçinin vurğulayıb ki, Özbəkistan-Azərbaycan münasibətləri pik həddədir, həm Özbəkistanda, həm də Azərbaycanda ikitərəfli və çoxtərəfli tədbirlərin sayı artmaqdadır. Onun sözlərinə görə, tərəflər ənənəvi olaraq bir-birinin bütün əsas təşəbbüslərində iştirak edir və müxtəlif səviyyələrdə daimi əlaqələr saxlayırlar.

Xəbər lenti