IMG-LOGO

Qazaxıstan Pakistana 108 milyon dollarlıq elektrikli avtobus tədarük edəcək

04 Feb 2026 13:28 3 baxış
IMG

Qazaxıstanın "Falcon EuroBus" şirkəti Pakistana 600 elektrikli avtobus tədarük edəcək.

"Report"un Qazaxıstan bürosunun bu ölkənin Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, razılıq İslamabadda keçirilən "Qazaxıstan-Pakistan" biznes forumunda əldə olunub.

İlk tədarüklərə cari ilin aprelində başlanması planlaşdırılır, kommersiya müqaviləsinin ümumi dəyəri isə 108 milyon dollar təşkil edir.

Bildirilib ki, 2027–2028-ci illərə qədər Pakistana elektrik avtobuslarının ixrac həcmi 2 min ədədə qədər artırıla bilər.

Biznes forumun yekunlarına əsasən, "Falcon EuroBus" ilə Pakistanın "OGCC International" şirkəti arasında kommersiya sazişinin imzalanması gözlənilir.

Qeyd edək ki, "Qazaxıstan-Pakistan" biznes forumu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pakistana dövlət səfəri çərçivəsində keçirilir.

Xəbər lenti