Filippində "Ro-Ro" tipli "Trisha Kerstin 3" bərəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə yerli "GMA News" telekanalı Filippin Sahil Mühafizəsi Xidmətinə istinadən məlumat yayıb.
"Bu gün daha iki nəfərin meyiti tapılıb. Bununla da ölənlərin ümumi sayı 45 nəfərə çatıb, sağ qalanların sayı isə 316 nəfərdir", - məlumatda bildirilib.