IMG-LOGO

AMB-nin sədri: "Uçot dərəcəsinin depozit və kredit faizlərinə təsiri artır"

04 Feb 2026 11:54 5 baxış
IMG

Azərbaycanda uçot dərəcəsinin manatla yerləşdirilən depozit və manatla verilən kredit faizlərinə təsiri getdikcə daha çox hiss olunur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

"Biz bu təsiri qiymətləndiririk. Sözsüz ki, bizim yeni monetar siyasət çərçivəsinin son mərhələsi 2024-cü ildən başlayıb. Həmin vaxtdan biz uçot dərəcəsini siyasət aləti kimi tətbiq etməyə başlamışıq. Məsələn, son 6 ayda uçot dərəcəmizi aşağı salmışıq. Bunun nəticəsində fiziki şəxslərin manatla müddətli yeni depozitləri üzrə orta faiz 0,11 faiz bənd azalaraq 9,5 %-ə, hüquqi şəxslərin müddətli yeni depozitləri üzrə orta faiz 0,78 faiz bənd azalaraq 5,87%-ə düşüb. Bundan başqa, fiziki şəxslərə yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsi 0,8 faiz bənd azalaraq 15,95 %, hüquqi şəxslərə yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsi 0,91 faiz bənd azalaraq 12,32 %-ə düşüb", - deyə o qeyd edib.

Xəbər lenti