Azərbaycanın bu il yanvarın 1-nə 4 milyard 813,5 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,7 %-i elə dollarda olub.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun tərkibində avro 6,4 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,2 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,5 %-ni, sabit dərəcə ilə olanlar isə 50,5 %-ni təşkil edib.
Xarici dövlət borcunun 58,2 %-i 5 ilə qədər olan müddətdə, 36,1 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 5,1 il təşkil edir.
Xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü aşağıdakı kimidir:
Xarici dövlət borcunun icraçı qurumlar üzrə bölgüsü isə aşağıdakı kimidir:
Xarici dövlət borcunun 60,7 %-i çoxtərəfli maliyyə institutları üzrə, 28,8 %-i avrobondlar üzrə, 10,5 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.



