IMG-LOGO

Azərbaycanın dövriyyədə olan avrobondlarının ümumi dəyəri dəyişməyib

04 Feb 2026 10:44 4 baxış
IMG

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 28,8 %-ni və ya 1 milyard 387,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, bu rəqəm ötən il dəyişməyib.

Hesabat tarixinə avrobondların 310,7 milyon dollarının ödəniş müddəti 2029-cu ilə qədər, 1 milyard 76,6 milyon dolarının isə ödəniş müddəti 2032-ci ilə qədər olub. Avrobondlar üzrə kupon ödənişləri isə müvafiq olaraq 5,125 % və 3,5 % təşkil edib.

Xəbər lenti