Türkiyənin məşhur sənətçisi Fərdi Tayfurun qızı Tuğçe Tayfur üçüncü həyat yoldaşı Muhammet Aydının xəyanəti səbəbilə boşanmaq üçün məhkəməyə müraciət edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iddia ərizəsində Aydının müxtəlif qadınlarla apardığı yazışmalar və fotolar da yer alıb. İş materiallarındakı iddialara görə, Muhammet Aydın vaxtilə Tuğçe Tayfurun sahibi olduğu kafedə YD adlı bir qadınla görüşürdü. Yazışmalarında YD kameraya düşməməli olduğunu və alçaldılmaq istəmədiyini bildirib. Sənəddə həmçinin Muhammet Aydınla MK adlı bir qadın arasında cinsi əlaqəyə girdiyi iddia edilən söhbətlər və onun oteldə Ö.T. adlı başqa bir qadınla görüşdüyü iddiaları da yer alır. Boşanma işinə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, 2023-cü ildə Məhəmməd Aydınla evlənən Tuğçe Linanın Necla və Hira adlı iki qızı var.
Şou xəbərlər Maqazin Tuğçe Tayfur boşanır