ABŞ Prezidenti Donald Tramp administrasiyası Venesuela hakimiyyətinə neft partiyasının satışından əldə edilən 500 milyon dollar məbləğində ödənişi başa çatdırıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.
"Venesuela rəsmi olaraq neftin ilk satışından 500 milyon dolları tam şəkildə alıb", - deyə rəsmi qeyd edib.
O, vəsaitin ABŞ hökumətinin qərarı ilə Venesuela xalqının maraqlarına uyğun olaraq bölüşdürüləcəyinə əminlik verib. Satılan neftin dəqiq həcmi göstərilməyib.
Rəsmi şəxs əlavə edib ki, Vaşinqton gələcəkdə Venesuela neft satışından əldə edilən vəsaiti ABŞ-dakı bir fonda köçürmək niyyətindədir. Bu vəsait daha sonra Amerika hökumətinin icazəsi ilə Venesuela hakimiyyət orqanlarına köçürüləcək.