IMG-LOGO

ABŞ Nigeriyaya kiçik hərbi kontingent göndərib

04 Feb 2026 07:42 4 baxış
IMG

ABŞ Nigeriyaya kiçik hərbi kontingent göndərib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ABŞ Afrika Komandanlığının rəhbəri general Daqvin Andersona istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, bu, iki ölkənin Qərbi Afrikada terrorizm təhlükəsinə qarşı mübarizəni gücləndirmək barədə razılığa gəlməsindən sonra mümkün olan Amerika hərbi qüvvələrinin Nigeriyada mövcudluğunun ilk təsdiqidir.

"Bu, ölkələrimiz arasında daha güclü əməkdaşlığa, o cümlədən ABŞ-dan unikal imkanlar təmin edən kiçik bir Amerika komandasının yerləşdirilməsinə gətirib çıxarıb", - deyə Anderson missiyanın ölçüsünü və əhatə dairəsini açıqlamadan vurğulayıb.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayından bəri iki dövlətin Nigeriya ərazisində ekstremist hədəflərə qarşı bir neçə birgə hücum həyata keçirib və bu, Afrika ölkəsinin dörd ştatında - Sokoto, Zamfara, Niger və Katsinada planlaşdırılan terror hücumlarının qarşısını almağa imkan verib.

Nigeriya Xarici İşlər Nazirliyinin sözçüsü Kimiebi Ebienfa bildirib ki, Nigeriya və ABŞ kəşfiyyat məlumatlarının mübadiləsi və digər əməkdaşlıq formalarında strateji cəhətdən fəaldırlar. Söhbət Qərbi Afrikada Boko Haram və İŞİD ilə mübarizədən gedir.

Xəbər lenti