IMG-LOGO

FTB: Kirkin qətli ilə bağlı məhkəmə prosesi illərlə uzana bilər

04 Feb 2026 06:19 3 baxış
IMG

Amerikalı mühafizəkar siyasi fəal Çarli Kirki qətlə yetirməkdə ittiham olunan Tayler Ceyms Robinsonun məhkəməsi bir neçə il davam edə bilər.

"Report"un məlumatına görə, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel "Fox News"a verdiyi müsahibədə bildirib.

"Sözügedən ittihamlar ştat səviyyəsində qətldir. Qətl hadisələrinin həlli uzun, bəlkə də illərlə çəkir", - deyə o bildirib.

Kirkin dul qalmış arvadı Erika əvvəllər məhkəmədən işin tez bir zamanda araşdırılmasını xahiş etmişdi.

Xəbər lenti