IMG-LOGO

Al Ghad: Qəddafinin oğlunun öldürülməsi Liviyaya qarşı cinayətdir

04 Feb 2026 05:46 5 baxış
IMG

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın qətli bütün ölkəyə qarşı cinayətdir və siyasi rəqibdən qurtulmağın bir yoludur.

"Report" xəbər verir ki, bu barədə "Al Ghad TV" mərhumun siyasi komandasının üzvü Aqil Delhuma istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Liviyanın müstəqilliyini istəməyən qüvvələr Qəddafinin oğlundan siyasi oyunçu kimi qorxurdular. O, Seyf əl-İslamın qətlində kimi günahlandırdığını dəqiqləşdirməkdən imtina edib və hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqın nəticələrini gözləməyə çağırıb.

Qeyd edək ki, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbdəki Əz-Zintan şəhərində öldürülüb.

Xəbər lenti