Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbdəki Əz-Zintan şəhərində öldürülüb.
"Report" xəbər verir ki, bu məlumatı "Libya al-Ahrar" telekanalı yayıb.
Əl-İslama yaxın mənbələrinin verdiyi məlumata görə, ona naməlum yaraqlılar hücum edib. Hadisənin əlavə təfərrüatları hələlik açıqlanmayıb.
2021-ci ildə Seyf əl-İslam Liviya prezidentliyinə ümumi seçkilərdə namizədliyini irəli sürmək planlarını açıqladı. Seçkilərin həmin ilin sonlarında keçirilməsi planlaşdırılırdı, lakin hələ baş tutmayıb.
2023-cü ildə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi və BMT-nin ölkədəki dəstək missiyasının rəhbəri Əbdülay Batili Qəddafinin böyük oğlunun istəsə, prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib.