İranın altı hərbi gəmisi Omanın şimalındakı Hörmüz boğazında ABŞ tankerinə yaxınlaşaraq heyətə mühərriklərini söndürməyi və gəmi göyərtəsinə daxil olacaqları barədə əmr ediblər.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan "Vanguard Tech" şirkətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, kapitan bu tələblərə məhəl qoymayıb, gəmi sürətlənib və daha sonra Amerika gəmisinin mühafizəsi altına düşüb.
"Reuters" agentliyi ABŞ rəsmisinə istinadən bildirib ki, naməlum qayıqlar ABŞ bayrağı altında üzən "Stena Imperative" gəmisinə yaxınlaşıb.