IMG-LOGO

Rusiya-Ukrayna danışıqlarında Uitkoff və Kuşnerin iştirakı təsdiqlənib

03 Feb 2026 22:58 2 baxış
IMG

ABŞ Prezidenti xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner çərşənbə günü Əbu-Dabidə (BƏƏ) Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda iştirak edəcəklər.

"Report" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlayıb.

"Ona görə də Stiv Uitkoff və Cared Kuşner sabah üçtərəfli danışıqların növbəti raundunun keçirilməsi üçün Əbu-Dabidə olacaqlar", - o bildirib.

Livitt əlavə edib ki, bu formatda keçirilən əvvəlki görüş öz mahiyyətinə görə tarixi idi.

Xatırladaq ki, yanvarın 23 və 24-də BƏƏ-də Ukrayna, ABŞ və Rusiya arasında texniki səviyyədə ilk danışıqlar keçirilib.

Daha əvvəl bildirilib ki, danışıqların ikinci raundu ABŞ-nin iştirakı olmadan fevralın 1-də keçiriləcək, lakin görüş baş tutmayıb. Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların ikinci raundunun fevralın 4-5-də keçiriləcəyini deyib.

Xəbər lenti