Ağ Evdə ABŞ və Kolumbiya Prezidentləri Donald Tramp və Qustavo Petro arasında mətbuata qapalı formatda danışıqlar keçirilir.
"Report" AFP-yə istinadən xəbər verir ki, görüş yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayıb.
Bildirilib ki, Kolumbiya Prezidentinin avtomobili Ağ Evə yan girişdən, bayraqlar və adətən dövlət başçılarına göstərilən təmtəraq olmadan daxil olub.
Daha əvvəl Kolumbiya lideri amerikalı həmkarı ilə fevralın 3-də görüşəcəyini anons edərək bildirmişdi ki, ölkə rəhbərliyi ictimai sükutu qorumağa və Trampın ritorikasının Kolumbiya əhalisi üçün mənfi nəticələrinə yol verməməyə çalışır.
Yanvarın əvvəlində Venesuela Prezidenti Nikolas Maduronun qaçırılmasından sonra Tramp istisna etməyib ki, ABŞ ordusunun növbəti hədəfi Kolumbiya ola bilər. O, Petronu kokain istehsalını təşviq etməkdə ittiham edib.