IMG-LOGO

Axios: İran ABŞ ilə danışıqların keçiriləcəyi yeri dəyişmək istəyir

03 Feb 2026 21:56 2 baxış
IMG

İran ABŞ ilə danışıqların formatını ikitərəfli formata keçirmək və yerini Türkiyədən Omana dəyişmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

"Vəziyyətlə tanış olan iki mənbənin "Axios"a verdiyi məlumata görə, İran bu cümə günü ABŞ ilə danışıqlarının yerinin və formatının dəyişdirilməsini tələb edib. İranlılar danışıqları İstanbuldan Omana keçirmək istəyirlər. Onlar indi danışıqların bir neçə ərəb və müsəlman ölkəsinin müşahidəçi kimi iştirakı əvəzinə, tək ABŞ-ın iştirakı ilə ikitərəfli şəkildə keçirilməsini istəyirlər", - deyə məqalədə bildirilib.

Xəbər lenti