IMG-LOGO

Ekvadorda zəlzələ

23.11.2023 05:09 63 baxış
IMG

Ekvadorun şərqində 5,1 bal gücündə zəlzələ baş verib.

Lent.az-ın məlumatına görə, bu barədə yerli Geofizika İnstitutu məlumat yayıb. Onun rəyinə görə, yeraltı təkanların episentri təxminən 19 min nəfər əhalisi olan Makas şəhərindən 90 km şimal-şərqdə yerləşib.  

Tələfat və dağıntılar barədə məlumat yoxdur.  

Xəbər lenti