IMG-LOGO

Ərdoğan: Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır

03 Feb 2026 18:49 3 baxış
IMG

Türkiyə İran və Birləşmiş Ştatlar arasında fikir ayrılıqlarının həllində vasitəçi rolunu öz öhdəsinə götürməyə hazırdır.

"Report" xəbər verir ki, bunu "Asharq Al-Awsat" qəzetinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz bütün platformalarda İrana qarşı hər hansı hərbi addımların qəbuledilməzliyini ifadə etmişik", - o qeyd edib.

Türkiyə Prezidenti fevralın 3-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. O, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

Xəbər lenti