İsveç Danimarka ilə birgə Ukraynaya 290 milyon dollar məbləğində HHM (Hava Hücumundan Müdafiə) sistemləri tədarük edəcək.
"Report" xəbər verir ki, bu barədə xarici KİV İsveçin müdafiə naziri Pol Yonsonun Göteborqda danimarkalı həmkarı Troels Lund Poulsenlə birgə mətbuat konfransındakı bəyanatına istinadən məlumat yayıb.
"İsveç "BAE Systems Bofors" müdafiə konserninin İsveç bölməsi tərəfindən hazırlanmış "Tridon" zenit komplekslərinin alınmasına 2,1 milyard İsveç kronu (təxminən 234,5 milyon ABŞ dolları), Danimarka isə təxminən 500 milyon Danimarka kronu (təxminən 55,8 milyon ABŞ dolları) ayıracaq. Bu o deməkdir ki, Ukrayna istəsə, HHM batalyonu yerləşdirə bilər", - o deyib.
Yonsonun sözlərinə görə, bu alış təkcə Ukraynanı dəstəkləmir, həm də İsveçdəki istehsal gücünü möhkəmləndirir.