"Bakı Fond Birjası" QSC bu ilin yanvar ayında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 4 772 759 929 manatlıq göstərici ilə ABB İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir.
Növbəti yerlərdə 2 334 916 890 manatla "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, 802 688 374 manatla "Assist Finance İnvestisiya şirkəti" ASC, 734 355 471 manatla "CPM-İnvest İnvestisiya Şirkəti" QSC, 298 164 766 manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 218 130 346 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 101 014 924 manatla "Troni İnvestisiya Şirkəti" QSC, 77 284 915 manatla "İnno Kapital İnvestisiya Şirkəti" QSC, 35 440 995 manatla "Capital Partners İnvestisiya Şirkəti" QSC, 14 396 700 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 8 668 134 manatla "MFX-Trading İnvestisiya Şirkəti" ASC, 2 989 376 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC və 523 645 manatla "Xalq Bank" ASC qərarlaşıb.
№
İnvestisiya şirkətləri
Əməliyyatların həcmi AZN
1
ABB-İnvest
4 772 759 929
2
Paşa Kapital
2 334 916 890
3
Assist Finance
802 688 374
4
CPM-İnvest
734 355 471
5
Unicapital
298 164 766
6
İnvest-Az
218 130 346
7
Troni
101 014 924
8
İnno
77 284 915
9
Capital Partners
35 440 995
10
Xalq Kapital
14 396 700
11
MFX-Trading
8 668 134
12
CFI Financial
2 989 376
13
Xalq Bank
523 645