Latviyanın müdafiə naziri Andris Spruds Almaniya Bundestaqının Müdafiə Komitəsinin nümayəndə heyəti ilə danışıqlar aparıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər regionda təhlükəsizlik sahəsindəki cari vəziyyəti və iki ölkə arasındakı strateji tərəfdaşlığı müzakirə ediblər.
Görüş zamanı hər iki ölkənin nümayəndələri NATO və Avropa İttifaqı çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
"Bizim əsas gücümüz birgə hərəkət etmək bacarığımızdır. Bugünkü səfər Latviya və Almaniyanın Avropa təhlükəsizliyi üçün ortaq məsuliyyət daşıyan yaxın müttəfiqlər olduğunu bir daha təsdiqləyir. Biz sərhədlərimizin təhlükəsizliyini gücləndirməyə və silahlı qüvvələrimizin istənilən vəziyyətdə NATO müttəfiqləri ilə qarşılıqlı fəaliyyət göstərmək qabiliyyətini təmin etməyə davam edirik", - Spruds deyib.