IMG-LOGO

Hindistanın müxalifət lideri Modini "ölkəni satmaq"da ittiham edib

03 Feb 2026 15:51 3 baxış
IMG

Hindistan parlamentinin aşağı palatasında müxalifət lideri Rahul Qandi bəyan edib ki, ölkənin Baş naziri Narendra Modi əlverişsiz şərtlərlə ABŞ ilə ticarət razılaşması əldə edərək "ölkəni satıb".

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" Hindistan KİV-nə istinadən məlumat yayıb.

Qeyd olunub ki, R.Qandinin belə reaksiyası fevralın 2-də əldə edilən Hindistan-ABŞ ticarət razılaşması ilə əlaqədar olub.

"Narendra Modi bizim ticarət sazişi üzərində apardığımız işə laqeyd yanaşdı, güzəştə getdi. O, ölkəni satıb", - R.Qandi deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl Hindistan Baş naziri Narendra Modi ilə ticarət sazişinə nail olduqlarını bəyan edib: "Biz ABŞ və Hindistan arasında ticarət sazişi barədə razılığa gəldik, buna əsasən Birləşmiş Ştatlar azaldılmış tarif tətbiq edərək, onu 25 %-dən 18 %-ə endirəcək. Hindistan isə ABŞ-yə qarşı tariflərini və digər maneələrini 0 %-ə endirəcək".

Xəbər lenti