IMG-LOGO

Azərbaycanlı boks hakimi Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq

03 Feb 2026 14:08 2 baxış
IMG

Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından bildirilib.

Beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.

F.Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.

Xəbər lenti