Qəzza şəhərinin qərbindəki Rimal rayonunda yerləşən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbi İsrail tərəfindən atəşə tutulub.
“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib, zərbə nəticəsində azı 10 nəfər ölüb. Qeyd edilib ki, bu bina Qəzza zolağının digər döyüş bölgələrindən qaçan məcburi köçkünlərə sığınacaq kimi verilmişdi.
Bizim WhatsApp kanalımıza abunə olun