IMG-LOGO

Azərbaycanlı turistlərin xaricdə yerləşmə vərdişləri dəyişir – ARAŞDIRMA

03 Feb 2026 13:27 2 baxış
IMG

Ötən il turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının yerləşmə vasitələri üzrə ümumi gecələmə sayı 7 milyon 111 min 838 olub.

"Report"un əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 9 % azalıb.

Gecələmələrin ən böyük hissəsi mehmanxana və mehmanxana tipli obyektlərin payına düşüb. Belə ki, hotellərdə 3 milyon 604 min 190 gecələmə qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən 0,7 % azdır. Kirayə götürülmüş evlərdə gecələmələrin sayı 925 min 87 olub və burada 11,3 % azalma müşahidə edilib.

Eyni zamanda, qohum və dostların evində qalmağa üstünlük verənlərin sayı artıb. Bu kateqoriya üzrə 1 milyon 589 min 640 gecələmə qeydə alınıb ki, bu da 12 % artım deməkdir. Özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə gecələmələr isə 992 min 121 olub və bu göstərici üzrə 42,7 % kəskin azalma qeydə alınıb.

Ölkələr üzrə bölgüyə gəldikdə, Azərbaycan vətəndaşları ən çox Türkiyədə gecələyiblər. Bu ölkədə gecələmələrin sayı 3 milyon 129 min 365 olub və illik müqayisədə 6,3 % azalıb.

Rusiyada gecələmələrin sayı 987 min 520 təşkil edib ki, bu da 46,3 % azalma deməkdir. Gürcüstanda isə 770 min 120 gecələmə qeydə alınıb və bu göstərici 46,5 % azalıb.

Bununla yanaşı, 2025-ci ildə turizm məqsədilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 milyon 280 min 787 nəfər olub. Bu da əvvəlki illə müqayisədə 6,2 % azalma deməkdir.

Səfərin məqsədlərinə görə, 277 min 619 nəfər işgüzar məqsədlə xaricə gedib və bu istiqamətdə 16,3 % azalma qeydə alınıb.

İstirahət və əyləncə məqsədilə səfər edənlərin sayı 574 min 862 nəfər olub (-6,1 %).

Qohum və dostlara baş çəkmək üçün xaricə gedənlərin sayı isə 308 min 12 nəfər təşkil edib ki, burada 5,1 % artım müşahidə olunub.

Müalicə məqsədilə səfərlər 42 min 613 nəfər olub və 9,6 % artıb.

Dini ziyarət edənlərin sayı 28 min 717 nəfər təşkil edib (+27 %).

Alış-veriş məqsədilə səfərlər 32 min 424 nəfər olub və bu istiqamətdə 33,2 % azalma qeydə alınıb.

Digər məqsədlərlə səfər edənlərin sayı isə 16 min 540 nəfər olub (-9,2 %).

Əyləncə məqsədilə səfərlərdə də Türkiyə liderliyini qoruyub. Belə ki, bu ölkəyə 267 min 438 nəfər gedib və 12,1 % artım qeydə alınıb.

Birləşmiş Ərəb Əmirliklərinə 68 min 336 nəfər səfər edib (+2,2 %).

Əksinə, Rusiyaya əyləncə məqsədilə səfərlər 53 min 613 nəfər olmaqla 58,5 %, Gürcüstana isə 50 min 172 nəfər olmaqla 14,6 % azalıb.

Xəbər lenti