IMG-LOGO

BƏƏ Tehran və Vaşinqtonu fikir ayrılıqlarını həll etməyə çağırıb

03 Feb 2026 12:34 4 baxış
IMG

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran və ABŞ arasında birbaşa danışıqlar görmək istədiyini bəyan edib.

"Report" "The National" nəşrinə istinadən xəbər verir ki, bunu BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş bildirib.

O qeyd edib ki, Yaxın Şərq artıq kifayət qədər sarsıntılar yaşayıb və məsələləri güc yolu ilə deyil, diplomatik üsulla həll etməyə çağırıb.

"Hesab edirəm ki, region artıq bir sıra kəskin qarşıdurmalardan keçib. Daha biri də bizə lazım deyil. Görmək istədiyimiz - qarşılıqlı anlaşmaya gətirib çıxaracaq birbaşa İran-ABŞ danışıqlarıdır", - o bildirib.

Ə.Qarqaşın sözlərinə görə, həll olunmamış mübahisələr dəfələrlə regiondakı sabitliyi pozub: "İkitərəfli münasibətləri sarsıdan və regionda vəziyyətə təsir edən bir çox əsas məsələlərin, ilk növbədə nüvə məsələsinin birbaşa şəkildə nəzərdən keçirilməsi çox vacibdir".

Xəbər lenti