IMG-LOGO

Astara Elektrik Stansiyasında istehsalın ümumi həcmi açıqlanıb

03 Feb 2026 12:42 4 baxış
IMG

Astara rayonunun Ərcivan kəndindəki Astara modul tipli Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu günə qədər 5,2 milyard kVt/saat elektrik enerjisi istehsal olunub.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi gücü 87 MVt olan stansiya hər biri 8,7 MVt gücündə 10 ədəd qaz porşen aqreqatından ibarətdir.

Stansiya 2006-cı il fevralın 3-də istismara verilib.

Xəbər lenti