Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi 2025-ci il üzrə audit rəyinin verilməsi və məsləhət xidməti üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, kotirovkada iştirak haqqı 11,3 manatdır.
İddiaçılar təkliflərini fevralın 18-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117C ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 18-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
2024-cü il üzrə audit xidmətləri "Professional Financial Experts" MMC göstərib. Şirkətə bu xidmətlərə görə 2 997 manat ödənilib.
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ölkə Prezidentinin 19 may 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.