IMG-LOGO

Kamçatkada 5 maqnitudada zəlzələ olub

03 Feb 2026 08:29 4 baxış
IMG

Rusiyanın Kamçatka yarımadasında 5 maqnitudada zəlzələ qeydə alınıb, region sakinləri yeraltı təkanları 3 maqnitudada hiss ediblər.

"Report"un xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat verib.

"Seysmik hadisə 5 maqnitudada olub və episentri Klyuçi qəsəbəsindən 35 km məsafədə yerləşib. Episentr 36 km dərinlikdə yerləşib", - nazirlik bildirib.

Xəsarət və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər lenti