İyuldan əvvəl Şimali Atlantika Müqaviləsi Təşkilatı dövlətləri bloka üzv ölkələrin sərhədləri daxilində hərbi birləşmələrin sərbəst hərəkət etməsinə imkan verən “Hərbi Şengen” sisteminin yaradılması barədə razılığa gələ bilərlər.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, NATO liderləri uzun illərdir ki, iştirakçı ölkələrin hərbçilərinin sərhədlər daxilində maneəsiz hərəkətinə imkan verən Şengen zonasının hərbi ekvivalentini yaratmağa çalışırlar.
Hazırda Avropada bir sıra “hərbi dəhlizlər”in açılması üçün danışıqlar aparılır. Ehtimal olunur ki, NATO-nun bu ilin iyulunda Vaşinqtonda keçiriləcək növbəti sammitinə qədər müsbət nəticə əldə etmək mümkün olacaq.
Vurğulanıb ki, NATO-nun indiki sərhədyanı təlimləri çox vaxt müəyyən sayda bürokratik təsdiq tələb edir və bu, hərbi vəziyyətin gərginləşməsi halında kritik ola bilər.
Bizim WhatsApp kanalımıza abunə olun