Dünya Bankı "Ukrenergo" Milli Enerji Şirkətinə Rusiya hücumlarından sonra enerji sisteminin bərpası üçün zəruri olan avadanlıqların alınması məqsədilə 40 milyon ABŞ dolları göndərəcək.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal Dünya Bankının əməliyyat fəaliyyəti üzrə idarəedici direktoru Anna Byerde ilə danışıqların yekunlarına əsasən "X" sosial şəbəkəsində məlumat yayıb.
"Anna Byerde ilə söhbət etdim. Dünya Bankına ölkəmizə və xüsusən də enerji sistemimizə göstərdiyi daimi dəstəyə görə təşəkkür etdim. Növbəti yardım barədə razılığa gəldik: Dünya Bankı "Ukrenergo"ya enerji sisteminin bərpasına zəruri olan avadanlıqların alınması üçün 40 milyon dollara qədər vəsait göndərməyi planlaşdırır. Sistemin möhkəmlənməsi üzrə birgə çalışırıq", - Şmıqal yazıb.