IMG-LOGO

Əli Baqeri: İran zənginləşdirilmiş nüvə materiallarını digər ölkələrə ötürməyi planlaşdırmır

02 Feb 2026 18:15 5 baxış
IMG

Rəsmi Tehran zənginləşdirilmiş nüvə materiallarını hər hansı bir ölkəyə ötürmək niyyətində deyil.

"Report" xəbər verir ki, bu barədə IRNA İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin xarici siyasət məsələləri üzrə müavini Əli Baqerinin bəyanatına istinadən bildirib.

Ə.Baqeri əlavə edib ki, rəsmi Tehran bu məsələ ilə bağlı Birləşmiş Ştatlarla heç bir danışıqlar aparmır.

Daha əvvəl KİV guya Türkiyənin Vəşinqton və Tehran arasında mümkün hərbi münaqişənin qarşısını almaq və gərginliyi azaltmaq üçün diplomatik səylər çərçivəsində İrana zənginləşdirilmiş uran ehtiyatlarını saxlamağı təklif etdiyini bildirmişdi. Mənbələrə görə, Ankara rəsmi Tehrana qaytarılmamaq şərti ilə 60 %-ə qədər zənginləşdirilmiş 440 kq-a yaxın uranı, həmçinin digər nüvə materiallarını yerləşdirməyə hazırdır. Bu addım etimad tədbiri və İranın nüvə proqramı ilə bağlı narahatlığın azaldılması üsulu kimi qiymətləndirilir.

Xəbər lenti