IMG-LOGO

Britaniya İranın DİN rəhbərinə sanksiya tətbiq edib

02 Feb 2026 18:58 4 baxış
IMG

Böyük Britaniya İrandan olan 10 fiziki şəxsə və 1 təşkilata qarşı növbəti sanksiyalar tətbiq edib, onların arasında islam respublikasının daxili işlər naziri İsgəndər Momeni də var.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytındakı məlumatda bildirilib.

"Britaniyanın Xarici İşlər Nazirliyi insan hüquqlarının ciddi pozulmasına, söz azadlığının yatırılmasına, dinc nümayişlərə qoyulan məhdudiyyətlərə və bəzi hallarda yaşamaq hüququnun pozulmasına görə vəzifəli şəxslərə və dövlət təhlükəsizlik orqanına qarşı sanksiyalar tətbiq edib", - məlumatda deyilib.

Tədbirlər həmin şəxslər üçün aktivlərin dondurulmasını və səfərlərin qadağasını əhatə edir.

Xəbər lenti