IMG-LOGO

"Yandex" son 2 ayda Azərbaycandakı bazar payının 32 %-ni itirib

02 Feb 2026 17:44 3 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 85,9 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, dekabr ayına nisbətən 2,15 faiz bəndi, 2025-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 0,96 faiz bəndi çoxdur.

İkinci pillədəki "Yandex"in bazar payı ay ərzində 1,34 faiz bəndi, illik isə 0,82 faiz bəndi azalaraq 12,52 % olub. Beləliklə onun payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 32 % təşkil edib).

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı aylıq müqayisədə 0,55 faiz bəndi azalaraq, illik isə 0,08 faiz bəndi artaraq 1,06 %-də qərarlaşıb.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,12 faiz bəndi, illik müqayisədə isə 0,05 faiz bəndi azalaraq 0,30 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,13 faiz bəndi, illik müqayisədə isə 0,22 faiz bəndi azalaraq 0,14 % olub.

Xəbər lenti