“Gözlənilməz ailə” dramının premyerasında əfsanəvi aktyor Ceki Çan gözlənilməz etiraf edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, öz ölümünə mənəvi olaraq necə hazırlaşdığını danışıb. O qeyd edib ki, son düşüncələrini yeni bir musiqi kompozisiyasında əks etdirib və bu bəstənin relizi onun vəfat etdiyi gün baş tutacaq.
Aktyor bildirib ki, keçmişdə tez-tez riskli tryuklar zamanı gənc yaşda həlak olacağını təsəvvür edir və bununla da əfsanəyə çevrilmək istəyirdi. Lakin onun sözlərinə görə, hazırda bu fikir artıq keçmişdə qalıb.
Yeni filmdə Çan Alzheimer xəstəliyindən əziyyət çəkən yaşlı bir kişinin rolunu canlandırır. Qəhrəman səhvən mənzilində yaşayan bir şəxsi öz oğlu hesab edir və yad insanlarla qeyri-adi bir ailə qurur.
Obraza daha dərindən daxil olmaq üçün Ceki Çan bu diaqnozu olan insanlarla xüsusi olaraq ünsiyyət qurub. O, filmin bu xəstəliyin problemlərinə ictimai diqqətin daha çox yönəlməsinə kömək edəcəyinə ümid etdiyini bildirib.
Ceki Çan film