IMG-LOGO

ACF prezidentinin müşaviri: "Cüdoçuların Belçikada keçirilən turnirdəki çıxışı bizi qane etdi"

02 Feb 2026 16:22 2 baxış
IMG

Azərbaycan cüdoçularının Belçikada keçirilən Beynəlxalq Açıq Turnirdəki çıxışı Azərbaycan Cüdo Federasiyasını (ACF) qane edib.

Bunu "Report"a açıqlamasında ACF-nin prezidentinin müşaviri Natiq Bağırov deyib.

O. Azərbaycan təmsilçilərinin Belçikada keçirilən Beynəlxalq Açıq Turnirdəki çıxışından danışıb:

"Yarışa böyük heyətlə qatılmışdıq. İdmançılarmızın çıxışı bizi qane etdi. Turnir sayəsində yeni, gənc idmançıların çıxışlarına şahidlik etdik. Həqiqətən hər birinin ifasında baxımlı cüdo mübarizələri izlədik. Hələ ki, idmançılar hazırlıq mərhələsindədirlər. Onlar pik formalarını bərpa etməyiblər. Bununla belə, biz onların çıxışlarını bəyəndik".

Federasiya rəsmisi yarış başa çatdıqdan sonra yığma üzvlərinin Belçikada təlim-məşq toplanışına qatıldıqlarını bildirib:

"İdmançılarımız növbəti yarışlara hazırlaşmaq üçün burada təlim-məşq toplanışına qatılıblar. Hazırlıq prosesində 500-dən artıq idmançı çıxış edir. Qarşıda bizi Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turniri gözləyir".

Qeyd edək ki, Azərbaycan cüdoçuları Belçikanın Vise şəhərində təşkil olunan yarışda 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Xəbər lenti