IMG-LOGO

"⁠İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə

02 Feb 2026 16:36 3 baxış
IMG

İnnovasiya lideri "Bakcell" MMC-nin və Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur. İnnovasiya, süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd proqramına artıq 800-dən çox gənc müraciət edib.

Təqaüd proqramı gənclərdə innovativ potensialı gücləndirməyi, onları süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn sahələri üzrə praktiki təlimlər və real bacarıqlarla gələcəyin peşələrinə hazırlamağı hədəfləyir. Təşəbbüs ümumilikdə 150 gəncin inkişafına və yeni nəsil mütəxəssislərin formalaşmasına töhfə verəcək.

18-29 yaş arası, IT sahəsində baza biliklərə sahib gənclər, bu fürsəti qaçırmayın. Təqaüd proqramına http://youthfoundation.az/ saytı vasitəsilə müraciət edərək gələcəyinizi bu gündən formalaşdıra bilərsiz. Qeydiyyat üçün son tarix 16 fevraldır.

"Bakcell" olaraq, Gənclər Günü münasibətilə ölkəmizin bütün gənclərini təbrik edir, onların innovasiya və biliklə formalaşan uğurlu gələcəyinə töhfə verməkdən qürur duyuruq.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Xəbər lenti