IMG-LOGO

Azərbaycan millisinin yeni məşqçisi: "Cüdoçuların inkişafı üçün təcrübəmdən istifadə edəcəyəm"

02 Feb 2026 15:39 3 baxış
IMG

Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin məşqçisi təyin olunan Orxan Səfərov idmançıların inkişafı üçün bilik və təcrübəsindən istifadə edəcək.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Sabiq cüdoçunun sözlərinə görə, yığmanın məşqçisi təyin olunmaq onun üçün böyük şərəfdir:

"Gənc cüdoçuların inkişafı üçün topladığım bütün bilik və təcrübəni maksimum şəkildə istifadə edəcəyəm. Məqsədimiz düzgün məşq mədəniyyəti formalaşdırmaq və idmançıları sağlam şəkildə gələcəyə hazırlamaqdır. Azərbaycan Cüdo Federasiyasının göstərdiyi etimada görə təşəkkür edirəm".

Xəbər lenti