IMG-LOGO

KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir

02 Feb 2026 15:50 3 baxış
IMG

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə sazişi üzrə danışıqlara başlamaq tapşırığı verib.

"Report" xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i İran hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, Tehran və Vaşinqton arasında danışıqlar nüvə məsələsindən kənara çıxmayacaq.

Daha əvvəl İran xarici işlər naziri Abbas Əraqçi vurğulamışdı ki, Tehran və Vaşinqton danışıqlar apara bilər, lakin bunun üçün ABŞ İrana hücum etməməlidir.

Xəbər lenti