"AnewZ" telekanalı "Frontline" sənədli film silsiləsindən yeni buraxılışını - "Liviya: Qəddafinin devrilməsindən 15 il sonra"nı təqdim edib.
"Report" xəbər verir ki, film üçün reportajları Anastasiya Lavrina hazırlayıb, rejissor isə Bəhruz Qədirov olub.
"AnewZ"un çəkiliş qrupu bilavasitə Liviyada işləyib, qərar qəbul edən əsas şəxslərə və strateji obyektlərə nadir giriş əldə edib.
Sənədli filmdə hökumət nümayəndələri, ekspertlər və yerli sakinlərlə eksklüziv kadrlar, eləcə də müsahibələr təqdim olunub.
Müəmmar Qəddafi rejiminin devrilməsindən sonra 15 il ərzində ölkədə baş verən dəyişikliklərə, habelə bu gün Liviyanın üzləşdiyi aktual çağırışlara xüsusi diqqət yetirilib.
Layihə "AnewZ"un münaqişələr, siyasi transformasiyalar və geosiyasi dəyişikliklər yaşayan regionlardakı hadisə yerlərindən reportajlar yaratmaq missiyasını davam etdirir.
"AnewZ" telekanalı "Liviya: Qəddafinin devrilməsindən 15 il sonra" sənədli filmini hazırlayıb
