Hindistan İmfal şəhərindəki beynəlxalq hava limanı yaxınlığında UNO (uçan naməlum obyekt) görünməsi xəbərindən sonra iki qırıcı təyyarəni havaya qaldırıb.
Lent.az xəbər verir ki, hadisə noyabrın 19-da yerli vaxtla saat 14:30 radələrində baş verib. Hüquq-mühafizə orqanının anonim əməkdaşı bildirib ki, naməlum obyekt hava limanı ərazisində dövrə vurub. PTI xəbər agentliyi ondan sitat gətirib: "UNO adi gözlə görünürdü və axşam saat dördə qədər aerodromun qərbində hərəkət edirdi".
Obyektin qarşısını almaq üçün yaxınlıqdakı hava bazasından qırıcı göndərilib, lakin onun pilotu şübhəli heç nə aşkarlaya bilməyib. Bundan dərhal sonra ikinci qırıcı havaya qalxıb. O, həmçinin heç bir UNO əlaməti hiss etməyib.