"Leykers"in hücumçusu Lebron Ceyms 2026-cı il NBA "Ulduzlar Oyunu" üçün Qərb konfransının ehtiyat heyətinə daxil edilib.
"Report" xəbər verir ki, 41 yaşlı amerikalı basketbolçu karyerasında 22-ci dəfə bu mötəbər yarışa dəvət alaraq mütləq rekorda imza atıb.
Ötən il o, topuq zədəsi səbəbindən 20 il ərzində ilk dəfə bu turniri buraxmalı olmuşdu.
Yarışda üç komanda - iki amerikalı və bir əcnəbi oyunçudan ibarət heyət mübarizə aparacaq. Hər komanda minimum 8 oyunçudan ibarət olacaq və dairəvi sistem üzrə 12 dəqiqəlik qarşılaşmalarda qüvvələrini sınayacaqlar.
Finala ən yaxşı nəticə göstərən iki heyət vəsiqə qazanacaq.
Qeyd edək ki, L.Ceyms dördqat NBA çempionu, dörd dəfə liqanın ən dəyərli oyunçusu (MVP), müntəzəm çempionatlar tarixinin ən məhsuldar basketbolçusu və ABŞ yığmasının heyətində üçqat olimpiya çempionudur.