IMG-LOGO

Azərbaycanın boks millisi 2026-cı ilin ilk təlim-məşq toplanışına start verib

02 Feb 2026 14:12 3 baxış
IMG

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.

"Report" xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb.

Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq prosesi fevralın 20-də yekunlaşacaq.

Xəbər lenti